20 Jul 2026, 17:07 UTC55 viewsread 8 August 2026 “Mikrorayon” (rejissor: Qulu Əsgərov, ssenari müəllifi: Gəray Həsən, ideya müəllifi və prodüser: Sevinc Əliyeva) teleserialı saysız-hesabsız tamaşaçı tərəfindən çox bəyənildi. Serialı tənqid edənlər, qınayanlar da oldu. Bunun bir səbəbi mövzunun yeniyetmələrə, gənclərə pis örnək olacağı idi. Bu başa düşüləndir. Çünki biz ekranda müəyyən mənada özümüzü, yaşadığımız, böyüdüyümüz mühiti görürük, oradakı obrazlar az-çox …
Signed Necef Esgerzade
24 Jun 2026, 18:13 UTC130 viewsread 8 August 2026 Video
“Troya” filmində Axilles ilə Hektor döyüşür. Aktyorlar Brat Pitt ilə Erik Bana döyüş üçün xüsusi təlim keçiblər.
Meksikada qasırğa başlayır. Buna görə filmin rejissoru Volfqanq Petersen çəkilişləri 3-4 ay təxirə salmağa məcbur olur….
@filmtopiya_xt
Signed Necef Esgerzade
9 Jun 2026, 19:36 UTC143 viewsread 8 August 2026 Video
“Forsaj 7” filmində maşınların təyyarədən buraxılması real idi. Avtomobillər 3650 metr hündürlükdən aşağı düşürdü.
Aktyorlar həmin vaxt avtomobillərin içində deyildilər. Kaskadyorlar istifadə edilmişdi.
Çəkiliş zamanı avtomobillərdən birinin paraşütü açılmır və maşın yerə çırpılıb məhv olur…
@filmtopiya_xt
Signed Necef Esgerzade
5 Jun 2026, 17:37 UTC157 views2 reactionsread 8 August 2026 Məhəmməd Əliyevin 16, Uğur Əkbərlinin isə 18 yaşı olmasına baxmayaraq, iki gənc rejissor da çox ciddi mövzulara toxunublar. Çəkdikləri filmlər texniki cəhətdən problemli olsa da, mövzu və dərinlik cəhətdən insana güclü təsir edir.
Bu rejissorlar gələcəkdə daha əla filmlər çəkəcəklər.
🔥2
Signed Necef Esgerzade
3 Jun 2026, 07:13 UTC119 viewsread 8 August 2026 Photo
Təkcə onun adı yoxdur…
Tobi Maquayr Şöhrət Xiyabanında hələ də yer almayıb.
Amma “Hörümçək-adam” kinosunda oynayan Villem Defonun, Ceyms Frankonun və Kirsten Danstın adları Şöhrət Xiyabanına verilib.
@filmtopiya_xt
Signed Necef Esgerzade
31 May 2026, 17:42 UTC112 views1 reactionsread 8 August 2026 Video
“Yol Əhvalatı” kinosunda Paşa Mustafanın qoyunla dolu maşınını qaçırır. Mustafa da onun ardınca qaçır.
Vaxtanq Pançiludzeyə (Mustafa) təklif edirlər ki, onun yerinə dublyor oynasın. O isə buna razı olmur.
Aktyor bu təhlükəli səhnəni özü oynayır. Maşının üstü ilə yeriyib çətinliklə kabinaya daxil olur..
@filmtopiya_xt
👏1
Signed Necef Esgerzade
29 May 2026, 19:40 UTC102 views3 reactionsread 8 August 2026 Photo
“Face/Off” kinosunda Con Travolta və Nikolas Keyçin eksperimental əməliyyatla üzlərini bir-biriylə dəyişdirirlər.
Filmin xüsusi effekt ustası Kevin Yager aktyorların üz və bədən qəliblərini çıxarır. Onlardan “saxta bədən” maketlərini düzəldir.
Əməliyyat səhnəsində heç bir kompüter effektindən istifadə edilmir. Doğrudan da maketlərin üzləri kəsilib bir-birinə köçürülür. Hətta Nikolas Keyç öz maketini görəndə psixolo…
👏2😁1
Signed Necef Esgerzade
19 May 2026, 10:14 UTC135 viewsread 8 August 2026 “Tağıyev: Məktəb” filmi, əslində, modernizm ilə ənənəvi ictimai şüurun, yəni ziyalı təbəqə ilə mövhumatçı ruhanilərin qarşıdurmasından bəhs edir. Bunu əsas tutaraq, filmdə maarifçilərin yox sayılıb kənara itələnməsi qəbuledilməzdir. Ziyalılar müasir düşüncəyə sahib idilər, kütlə isə həm onların danışdığı dili anlamırdı, həm də onları güc hesab etmirdi. Ona görə, hadisələrin davamında Həsən bəy Zərdabi, Əhməd bəy Ağao…
Signed Necef Esgerzade
17 May 2026, 18:06 UTC115 views3 reactionsread 8 August 2026 Photo
“Slovo patsana” serialı ilə ruslara səslənib deyirlər ki, kişi ol, torpağını qoru, dostlarına xəyanət etmə. Putin kimi heç nəyə görə ürz istəmə! Axı kişi ürz istəməz…
35 il ərzində Putin çürümüş kommunizm ideologiyasının əvəzinə vətəndaşına heç bir alternativ təklif edə bilmədi. Camaatın başını qatmaq üçün Gürcüstanın, Ukraynanın, Moldovanın torpaqlarını işğal etdi.
“Slovo patsana” serialında insana ən çox təsir ed…
❤2😢1
Signed Necef Esgerzade
6 May 2026, 18:36 UTC123 views1 reactionsread 8 August 2026 Photo
İndiana Cons filmlərinə demək olar ki, hamı baxıb. Bu obraz real həyatda yaşamış arxeoloq Silvanus Morlidən təsirlənərək yaradılıb.
Morli Harvard Üniversitetin arxeologiya fakültəsində təhsil alıb. O, həyatını Maya mədəniyyətini öyrənməyə həsr edib.
İkinci Dünya Müharibəsində Morli Amerika Kəşfiyyat sistemi tərəfindən casus kimi işləməyə başlayır. Latın Amerikasında Almaniyanın fəaliyyətlərinin ifşasında mühüm rol …
❤1
Signed Necef Esgerzade
5 May 2026, 17:25 UTC136 views2 reactionsread 8 August 2026 Emil Quliyevdən hamı əla işlər gözləyir. O isə ildən-ilə daha zəif seriallar çəkir.
Bu dəfə Emil Quliyevin “Bölmə” serialından yazmışam. Vaxt ayırıb oxuya bilərsiniz.
P.S narkoman rolunu Rövşən Ağayev oynayıb. Mən səhvən Elşən Süleymanov yazmışam. Həmçinin Ramin rolunu Ülvi Həsənli deyil, Ülvi Haşim oynayıb. Buna görə ürzlü sayın.
🔥2
Signed Necef Esgerzade
25 Apr 2026, 17:09 UTC156 views2 reactionsread 8 August 2026 Photo
Başa düşə bilmirəm ki, bizim kinolarımız nəyə görə sovet pafosundan xilas ola bilmir? “Şövkət” filminə baxdım. Yenə pafos, yenə şüarçılıq… Anlamaq lazımdır ki, obraz maneələri, çətinlikləri sözlə deyil, hərəkətləri ilə aşmalıdır.
Kino Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Səlimovanın həyatından bəhs edir. Filmin ssenarisini “Suraxanı” gəmi-muzeyinin direktoru Tural İbrahimov yazıb. Ssenarini gəmiçilik işini bi…
👏1😁1
Signed Necef Esgerzade
Showing the 12 most recent of 20 posts we hold for @filmtopiya_xt. View and reaction counts are the latest single reading for each post, not a live figure, and a recent post is still accumulating both. A view count marked ≈ was rounded by Telegram before we ever saw it — t.me prints views in full below 1,000 and to three significant figures above, so ≈1,200,000 means somewhere between 1,150,000 and 1,249,999. Unmarked counts are exact. Text is reproduced from the public post preview and truncated for length.