5 Jan 2026, 18:24 UTC293 views11 reactionsread 8 August 2026 Mövzu: Ölçü vahidləri
5. Qədim zamanlarda Avropada qabların həcmini müəyyən etmək üçün onların üzərində boya ilə işarələr qoyardılar. Hansı ölçü vahidinin adı bu adət ilə əlaqələndirilir?
Cavab: Pint (pinta)
Şərh: Ölçü vahidi adını boya sözündən götürmüşdür.
Müəllif: Əşrəf Paşabəyli
❤6👍5
5 Jan 2026, 18:23 UTC287 views7 reactionsread 8 August 2026 Mövzu: Ölçü vahidləri
4. “Ağac” bu uzunluq ölçü vahidinin adlarından biridir. Belə ki, qədim İranda bu ölçüdən istifadə asan olsun deyə insanlar hər 6-7 km məsafədən bir yerə ağac basdırırdılar.
Cavab: Fərsəx
Şərh: Bəzən “İran mili” də adlandırılan fərsəx təqribən 5-8 km-ə bərabər olan uzunluq ölçü vahidi idi.
Müəllif: Eşqin İbrahimov
❤5👍2
5 Jan 2026, 18:22 UTC247 views8 reactionsread 8 August 2026 Mövzu: Ölçü vahidləri
3. Misir ərazisində yunan ölçü vahidlərinin istifadəsi eramızdan əvvəl IV-III əsrlərdə yaşamış bu şəxslə əlaqələndirilir.
Cavab: Ptolemey; I Ptolemey
Şərh: İsgəndərin yunan sərkərdəsi Ptolemey Misir valisi təyin olunduqdan sonra öz ölkəsindəki ölçü vahidlərini burada da tətbiq etməyə başlamışdı. Misirdə Ptolemeylər sülaləsinin hakimiyyətdə olması məşhurdur.
Müəllif: Əşrəf Paşabəyli
❤7👍1
5 Jan 2026, 18:21 UTC210 views7 reactionsread 8 August 2026 Mövzu: Ölçü vahidləri
2. Yüz və sahə sözlərinin birləşməsindən yaranan bu ölçü vahidi reqbi üçün nəzərdə tutulmuş 1 meydançaya bərabərdir.
Cavab: Hektar
Müəllif: Camal Məmmədov
❤7
5 Jan 2026, 18:21 UTC208 views7 reactionsread 8 August 2026 Mövzu: Ölçü vahidləri
1. Buxar maşının canlı ilə müqayisədə nə qədər effektiv olmasını adi insanlara göstərmək üçün Ceyms Vatt BU ölçü vahidini ortaya çıxarmışdı. Bir BU təxmini 735 Vatta bərabərdir.
Cavab: At gücü
Müəllif: Camal Məmmədov
❤7
5 Jan 2026, 18:00 UTC206 views15 reactionsread 8 August 2026 Salam, dostlar. Bu kanalda arabir Nə? Harada? Nə zaman? sualları və ya Fərdi Oyun mövzuları da paylaşılacaq. Bunlar artıq hər hansısa bir turnirdə istifadə olunmuş suallar olacaq. Sualları oynaya bilməyiniz üçün Telegramın “Spoiler” funksiyasından istifadə olunacaq.
Qrupda görmək istədiyiniz hər hansı content varsa, ideyalarınızı bölüşə bilərsiniz! Öncədən hər kəsə təşəkkürlər!
❤15
4 Jan 2026, 16:21 UTC210 views8 reactionsread 8 August 2026 Photo
Fil ili
570-ci ildə Efiopiya hökmdarı Abraha öz qoşunlarını Məkkəyə gətirmiş və ordusuna Kəbəni dağıtmaq əmri vermişdi. Rəvayətə görə, bu zaman onun fillərindən biri şəhərin divarları qarşısında diz çökmüş və hücumdan imtina etmişdi.
Bu il həm də Məhəmməd peyğəmbərin doğulduğu il hesab olunur və buna görə də peyğəmbərin doğulduğu 570-ci il tarixdə “Fil ili” kimi xatırlanır.
@beledchi
❤5👍3
3 Jan 2026, 09:11 UTC201 views8 reactionsread 8 August 2026 Photo
2005-ci ildə II Dünya Müharibəsindəki qələbənin 60 illik yubileyi münasibətilə Londonda yeni bir abidə qoyuldu. Abidə müharibədə iştirak etmiş britaniyalı qadınlara həsr olunmuşdu. Diqqətlə baxsanız, abidədəki personajların simalarının gizlədildiyini görə bilərsiniz. Abidə bir növ Nobel mükafatı laureatı Svetlana Aleksiyeviçin elə II Dünya Müharibəsində iştirak etmiş qadınlardan bəhs edən əsərinin adını təsdiqləyir: …
❤7👍1
2 Jan 2026, 05:48 UTC199 views4 reactionsread 8 August 2026 Azərbaycan Dövlət Pantomim Teatrının möhtəşəm çıxışlarından biri: “Nağaraçılar”
Ssenari müəllifi və rejissor:
Bəxtiyar Xanızadə
Aktyorlar:
Pərviz Məmmədrzayev
Qurban Məsimov
Elman Rəfiyev
Elnur Abbasquliyev
https://youtu.be/MsilNGIRL4c?si=GE5jlJluN5sWZTO1
❤4
2 Jan 2026, 05:44 UTC183 views8 reactionsread 8 August 2026 Photo
Azərbaycan Dövlət Pantomim Teatrı öz fəaliyyətinə “Dəli yığıncağı” adı ilə başlamışdı. Teatrın yaradıcısı Bəxtiyar Xanızadə bunun səbəbini belə izah etmişdi: “Biz pantomim kimi baletdən, vokaldan, sözdən istifadə edə bilməzdik. “Dəli yığıncağı” adı isə bizə qadağa çərçivəsini dağıtmağa imkan verirdi. Teatra "Dəli yığıncağı" adı verdik ki, desinlər ki, dəlidirlər, qoy neyləyirlər etsinlər.”
@beledchi
❤6👍2
1 Jan 2026, 15:03 UTC195 views10 reactionsread 8 August 2026 Photo
Uoterqeyt skandalı 1972-ci ilin iyun ayında baş versə də, bir neçə ay əhali arasında populyarlığını qoruyub saxlamışdı. Nəticədə həmin ilin Hellouin partilərində ən çox istifadə olunan kostyumlardan biri də Niksonun maskası olmuşdu.
@beledchi
❤8👍1😁1
20 Jun 2025, 19:03 UTC413 views11 reactionsread 8 August 2026 Photo
Mifin bir digər izahında isə İmperiya Qvardiyasının əsgərləri xatırlanır. Belə ki, qvardiyaya xüsusi olaraq iri cüssəli və uzun boylu əsgərlər seçilirdi. Bu səbəbdən Napoleon onu daim əhatələyən qvardiya əsgərlərinin yanında daha qısa görünürdü.
Tədqiqatçılar Napoleonun boyunun təxminən 170 sm olduğunu müəyyən etmişdilər ki, bu da həmin dövr Fransasında yaşayan kişilər üçün kifayət qədər normal boy hesab olunurdu.
…
❤6👍3👏1🔥1
Showing the 12 most recent of 20 posts we hold for @beledchi. View and reaction counts are the latest single reading for each post, not a live figure, and a recent post is still accumulating both. A view count marked ≈ was rounded by Telegram before we ever saw it — t.me prints views in full below 1,000 and to three significant figures above, so ≈1,200,000 means somewhere between 1,150,000 and 1,249,999. Unmarked counts are exact. Text is reproduced from the public post preview and truncated for length.