1 Aug 2026, 11:25 UTC208 views21 reactionsread 8 August 2026 Photo
Elə dayanırsan, elə baxırsan,
Elə bil qarşında quru bir daşam. İpək saçlarını bir vaxt oxşayan
Elə bil hardasa mən olmamışam.
Səni dostlarımla, tanışlarımla,
Mən tanış edərdim nə vaxtsa bir-bir.
İndi özgələri yad ehtiramla,
Deyirlər tanış ol... Nə qəribədir?!
Yuxuda görərdin nə vaxtsa hər dəm,
Yolumu gözlərdin yollardan uzaq.
Mən sənin yuxundan çıxıb gəlmişəm,
Bu da bir yuxudur, gəl tanış olaq.
Qoluna girərdim... …
❤21
16 Jul 2026, 20:10 UTC308 views21 reactionsread 8 August 2026 Photo
Təzəlikcə "Obsession" filminə baxdım.
Qorxu filmləri artıq daha fərqli mövzular üzərindən işləyir sanki. Əvvəllər ənənəvi amerikan mövzuları - ruhlar, seriyalı qatillər qorxu filmlərində ana mövzu olurdusa, son dövrün uğurlu işlərində şərq motivlərini daha çox görürük.
Məsələn “Weapons”da cadudan danışılır, "Obsession"da da üsul fərqli olsa da, ətrafımızda tez-tez eşitdiyimiz "bağlama" (kimisə kiməsə aşiq etdirmə) …
❤15👍6
13 Jul 2026, 11:14 UTC327 views12 reactionsread 8 August 2026 Photo
Zəngilan rayonunun Sobu kəndində kişilərin qəribə adəti mövcud olub.
Belə ki, buradakı kişilər “Eşmə bığ” saxlayıblar.
İnternetdən tam birbaşa səbəbi müəyyənləşdirə bilmədim, kənd əhalisinin keçmişi qızılbaşlara qədər gedib çıxır. Yəqin ki, nəsə səfəvilərlə bağlıdır.
Çox maraqlı bir xüsusiyyət kimi gəldi mənə. Görəsən cavanlar bu adəti nə qədər davam etdirir?
Daha çoxu üçün: @goyushow
👍12
1 Jul 2026, 20:56 UTC423 views22 reactionsread 8 August 2026 Günahsız yemək necə ömürlük düşmənə çevrilir?
Bir yeməyi yedikdən sonra xəstələnirsinizsə və ya həmin yeməyi ancaq xəstə olanda yeyirsinizsə, beyniniz həmin yeməyi bir daha görmək istəməyə bilər. Hətta xəstələnməyinizin əsl səbəbi tamam başqa olsa belə.
Psixologiyada buna “Bearnisk sousu effekti” deyilir.
Termin psixoloq Martin Seligmanın yaşadığı hadisədən yaranıb. Seligman bir restoranda steyk və Bearnisk sousu …
❤22
1 Jul 2026, 20:56 UTC332 views8 reactionsread 8 August 2026 Photo
Son dövrlər geniş yayılmış amerikano içməyən oğlanlarla bağlı memlərdən çox xoşum gəlir. Mən özüm adətən latte ya kapuçinoya üstünlük verirəm, demək olar ki, hər gün də kofe içirəm. Əvvəllər də belə idimi? Yox. :)
Mən balaca olanda kofenin bu qədər növü olduğunu bilmirdim heç. İsti içkilər mənim üçün 3 yerə bölünürdü: çay, kofe və kakao.
Kofe də bildiyin Neskafe idi. İlk fərqli adda kofemi (məncə raf idi) 19 yaşımd…
❤8
23 Jun 2026, 10:16 UTC353 views12 reactionsread 8 August 2026 Photo
🤖⚖️ Süni intellekt hüquqşünaslıq etməyə başlayıb.
Böyük Britaniyada fəaliyyət göstərən süni intellekt əsaslı hüquq şirkəti Garfield AI ilk dəfə məhkəmə işində uğur qazanıb.
Beıə ki, iş üzrə prosessual sənədlər, o cümlədən şahid ifadələri süni intellekt tərəfindən hazırlanıb. Lakin məhkəmə iclasında iddiaçı tərəfi insan barrister təmsil edib. Nəticədə iddiaçı təxminən 7 min funt sterlinq məbləğində iddianı udub.
…
👍6😱4❤2
26 May 2026, 17:33 UTC475 views30 reactionsread 8 August 2026 May ayında Qazax çox gözəldir.
Yaxşı ki, elə bu bayramda doğma rayona - Qazaxa gəlmişəm.
Atamın arxivinin hamısı burada - anamın cehizi olan şkafların tozlu rəflərində toplanıb. Həmişə gələndə qalaq-qalaq sənədləri nəzərdən keçirməkdən xoşum gəlir. Qəribə kitablar, təzadlı söhbətlər çoxdur. Məsələn atama nə vaxtsa hədiyyə verilmiş "Gədəbəy veteranları" adlı kitabda mövzu heç də müharibə deyil, kitab ahıl şairlərin …
❤25👍5
26 May 2026, 17:32 UTC384 views6 reactionsread 8 August 2026 Photo
Bayram tətilində doğma rayona - Qazaxa gəlmişəm.
Bunun kommunizmə həsr edilmiş filmlə əlaqəsi növbəti postda.
👍6
22 May 2026, 20:15 UTC487 views12 reactionsread 8 August 2026 Bu gün qulaq asdığım bir podkastda maraqlı bir fikir eşitdim:
- Çayın ortalama dərinliyinin 1.55 metr olması o deməkdir ki, 1.85 metr hündürlüyündə adam bu çayda batacaq.
Spikerlər bunu investisiya zamanı ortalama gəlirliliyin sizi aldatmaması üçün bildirirdi. Məsələn S&P şirkətlərinin son 100 ildə performansı 9-11 faiz aralığında dəyişir, amma bu 100 il ərzində cəmi 4 ildə real 9-11 faiz arası gəlirlilik olub.
Bu…
❤9👍3
13 Apr 2026, 16:34 UTC630 views16 reactionsread 8 August 2026 Hüquqşünaslar üçün süni intellekt həll yolu tətbiq edən Legora şirkəti maraqlı bir reklam kampaniyası ilə çıxış edir.
Belə ki, soyadının ingiliscə "hüquq" olmasından istifadə edərək reklamda Jude Law çəkilir. Sloqan da maraqlıdır:
- Hüquq artıq daha cazibədardır. (Law just got more attractive.)
Link: https://www.instagram.com/reel/DXEIgkojBIY/?igsh=MWg5M2dlZnNlbHJjbA==
Daha çoxu üçün: @goyushow
❤11👍3🔥2
27 Mar 2026, 13:03 UTC823 views29 reactionsread 8 August 2026 Photo
Bildiyiniz kimi, bu il əmək qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən kişi işçilərə də "atalıq məzuniyyəti" hüququ tanındı. Əslində termin hüququ cəhətdən belə deyil təbii ki. Atalıq və ya analıq məzuniyyəti sosial məzuniyyətlərin bir növü olub hamiləlik və doğuşa görə verilir.
El arasında isə bu məzuniyyətə "Dekret" deyilir bildiyiniz kimi. Bu söz Roma hüququndan gəlir, latınca "decretum" ali hakimiyyət orqanını…
👍19❤10
23 Mar 2026, 12:50 UTC718 views18 reactionsread 8 August 2026 Photo
Den Braunun “Sirlərin sirri" kitabını bitirdim dünən.
Uzun müddətdir oxuyurdum əslində, bayramlar kömək etdi ki, bir az üstünə düşüb bitirim.
Ənənəvi Den Braun tərzidir. Robert Lenqdon bu səfər Praqada müxtəlif macəralarla üzləşir.
Əsəri oxuyandan sonra Praqaya getmək istəyirsən. Şəhərin mistik aurası, tarixini Braun çox maraqlı təsvir edə bilib.
Kitab hələ ki, bizim dildə yoxdur bildiyim qədərilə. Amma kitab mağ…
❤8👍6👏4
Showing the 12 most recent of 19 posts we hold for @goyushow. View and reaction counts are the latest single reading for each post, not a live figure, and a recent post is still accumulating both. A view count marked ≈ was rounded by Telegram before we ever saw it — t.me prints views in full below 1,000 and to three significant figures above, so ≈1,200,000 means somewhere between 1,150,000 and 1,249,999. Unmarked counts are exact. Text is reproduced from the public post preview and truncated for length.