16 Dec 2025, 08:02 UTC337 views9 reactionsread 8 August 2026 Dekabrın 13-də Azərbaycan mediasında gender əsaslı ayrı-seçkilik və nifrət nitqi ilə bağlı ilk genişmiqyaslı hesabatı ictimaiyyətə təqdim etdik.
Gender & Media Watch tərəfindən Tekst Media və Kitabistan Tədqiqat Mərkəzi ilə əməkdaşlıq çərçivəsində aparılan tədqiqat Azərbaycan mediası və sosial media seqmentində qadınlara qarşı nifrət nitqi, stereotiplər və diskriminativ narrativlərin sistemli təhlilinə həsr olunub. H…
❤3👍3👎2🤬1
6 Dec 2025, 13:47 UTC340 views6 reactionsread 8 August 2026 ✒️ 7 ay əvvəl "Gender & Media Watch" təşəbbüsü ilə Azərbaycan mediasında gender bərabərliyi məsələlərini öyrənmək üçün yola çıxdıq. Məqsədimiz cəmiyyətdə kök salmış stereotiplərin media vasitəsilə necə yenidən istehsal olunduğunu üzə çıxarmaq idi.
Bu müddət ərzində həm apardığımız monitorinq, həm ictimai rəy sorğuları narahatedici reallığı ortaya qoydu. Müşahidələr göstərir ki, mediada "ənənə" pərdəsi altında keçmişi…
❤4👏1😁1
20 Sept 2025, 08:50 UTC478 views4 reactionsread 8 August 2026 Peşəkar jurnalistika balansı qorumağı tələb edir. Ancaq burada balanslılıq naminə belə tənqid olunan tərəfə söz haqqı verilməyib. Bu isə jurnalistikanın təməl prinsiplərinin pozulmasıdır. Reportajda kontekst çatışmır, faktların yerinə subyektiv fikirlər var, balans və obyektivlik pozulub, zərərin minimallaşdırılması prinsipi pozulub, ayrı-seçkilik edilib, yoxlanıla biləcək mənbə yoxdur, ədalətlilik prinsipi pozulub. …
❤2👍2
10 Sept 2025, 18:35 UTC503 views12 reactionsread 8 August 2026 Forwarded from @madinailhamPhoto
Banksy 8 sentyabr tarixində Londondakı Royal Courts of Justice binasının divarına yeni bir mural çəkdi. Əsərdə bir hakimin yerdə uzanıb qanlı plakat tutan bir etirazçıya çəkiclə hücumu təsvir edilib.
Media bəs bu hadisəni necə təqdim edir? Gəlin başlıqlara baxaq.
Euronews: Məhkəmələr və Tribunallar Xidməti binanın siyahıya alınması və buna görə də qanunla qorunduğu üçün yeni Banksy divar rəsmini silmək qərarına gəl…
👍6❤4👏2
25 Aug 2025, 10:40 UTC459 views7 reactionsread 8 August 2026 Media həm də bir ünsiyyət mədəniyyəti yaradır.
Siyasi elmlər professoru Tomas Meyer deyir ki, siyasət hələ də güclüdür, amma media tərəfindən kolonizasiya olunur.
XX əsrin əvvəllərinə baxsaq, media daha çox hadisələri, siyasətçilərin proqramlarını və ya təkliflərini işıqlandırır. Ancaq hazırda ekranlarda gördüyümüz, qəzetlərdə oxuduğumuz şey səhnələşdirilmiş siyasətdir, bir növ şoudur. İnsanlar siyasətçilərin proqr…
❤4👍1👏1😢1
22 Aug 2025, 17:09 UTC393 views10 reactionsread 8 August 2026 "Yeni Müsavat"ın xəbərini təhlil etdik.
Musavat.com-da yayımlanan "Kondisionerlə qorxulu xəstəlik yayılır - ŞOK XƏBƏRDARLIQ" başlıqlı xəbər oxucunu dərhal cəlb etmək, təəccübləndirmək və bununla da oxucu cəlb etmək məqsədi daşıyır. Bu cür dil bariz klikbeyt nümunəsidir. Başlıq sensasiya yaratmağa köklənib, amma mətndə verilən məlumatlarla tamamilə ziddiyyət təşkil edir.
Xəbərdə ekspert rəyinə yer verilib, ancaq pu…
❤4👍2👏2😁2
22 Aug 2025, 09:36 UTC337 views9 reactionsread 8 August 2026 Yeni reallıqda biz "şüşə divarlı evlərdə" yaşayan qlobal kənd sakinlərinə çevrilmişik.
Marşal Makluhan “Qlobal kənd” metaforasını irəli sürərkən bəşəriyyətin elektron kommunikasiya vasitəsilə bir-birinə daha sıx bağlanacağı bir gələcəyi təsvir edirdi. Bu kənddə hər kəs bir-birindən xəbərdar olacaq, hadisələr anında paylaşılacaq və qlobal bir empatiya yaranacaqdı. Kənd həyatının ayrılmaz bir parçası olan sosial nəzar…
👍4❤3👏2
21 Aug 2025, 08:29 UTC332 views12 reactionsread 8 August 2026 Makluhan deyirdi ki, yeni mühit o qədər hərtərəfli olur ki, onun içində olan bizlər üçün görünməzə çevrilir. Balığın suda olması kimi. Artıq internet, sosial media, onlayn platformalar həyatımızın hər hissəsində var və biz bunun bizi necə dəyişdiyinin fərqində deyilik. Hamımız media mühitinin bizə taxdığı eynəklərlə dünyaya baxırıq.
❤7👏3👍1🤝1
12 Aug 2025, 17:38 UTC438 views11 reactionsread 8 August 2026 Hər gün xəbərləri oxuyuruq və günümüzün adi bir hissəsi kimi qəbul edirik. Amma “günün xəbərləri” anlayışının texnologiyanın "icadı" olduğunu düşünmürük. Nil Postmana görə, tarix boyu müharibələr, yanğınlar, cinayətlər olsa da, onları “xəbər” halına gətirən müəyyən texnologiyaların mövcudluğudur. Əgər bu hadisələri insanlara çatdıracaq bir media vasitəsi olmasaydı, onlar da "olmayacaqdı".
Təbii ki, bu hadisələr yenə…
❤5👏3💯2✍1
9 Aug 2025, 06:35 UTC427 views15 reactionsread 8 August 2026 Dünənki Vaşinqton görüşü Azərbaycan tarixinin ən önəmli hadisələrindən biridir. Prezidentlərin ikitərəfli görüşü, daha sonra üçtərəfli görüş, bəyannamə imzalanması, mətbuat konfransı. Sizcə, Azərbaycan mediası bu hadisəni kifayət qədər aydın, operativ çatdıra bildi? Mənim gördüyüm qədərilə yox. Sadəcə İctimai Televiziya keyfiyyətsiz tərcümə və keyfiyyətsiz görüntü ilə bütün gedişatı canlı yayımladı. "Telegram" kanall…
❤10👍5
8 Aug 2025, 17:44 UTC421 views8 reactionsread 8 August 2026 "Rage-baiting" nədir? Necə istifadə olunur? 👇
https://www.instagram.com/p/DNGk1INNkiE/
❤6👍2
21 Jun 2025, 18:23 UTC719 views20 reactionsread 8 August 2026 Video
🤦♂️Dost-tanışı, qohum-qonşunu seçib, bacarıqlı, peşəkar, əzmkar jurnalistləri kənarlaşdıranda nəticə bu olmalı idi.
Müsahibənin birinci şərti hazırlıq və ilkin araşdırmadır. Hazırlıqsız müsahibə həm mənbəyə, həm izləyiciyə hörmətsizlikdir. Media qurumları artıq öz etibarlarını düşünmürlər, bu aydın məsələdir. Amma müsahibə aldığın, sual verdiyin şəxsə o sualı elə verməlisən ki, şəffaf kommunikasiya təmin olunsun. B…
🤣7👍6❤3👏2😁2
Showing the 12 most recent of 16 posts we hold for @tekstmedia. View and reaction counts are the latest single reading for each post, not a live figure, and a recent post is still accumulating both. A view count marked ≈ was rounded by Telegram before we ever saw it — t.me prints views in full below 1,000 and to three significant figures above, so ≈1,200,000 means somewhere between 1,150,000 and 1,249,999. Unmarked counts are exact. Text is reproduced from the public post preview and truncated for length.