18 Aug 2026, 10:19 UTC280 views26 reactionsread 27 August 2026 Photo
✅ Axır ki, İspaniyadakı vətəndaş müharibəsində solçuların məğlubiyyətinin əsl səbəbi bilindi. Deməli, Stalin yoldaş bildirmişdi ki, bu məsələ İspaniyanın şəxsi işi deyil, bütün tərəqqipərvər bəşəriyyətin ümumi işidir.
✅ Xızı camaatı Stalin yoldaşın həmin fikrindən ilhamlanıb və İspaniya solçularına 1256 manat yardım edib. Amma və lakin! Problem gözlənilməz yerdən çıxıb. Həmkəndlilərim — Zərgərli kəndinin əhalisinin …
🤣18😁8
22 Jul 2026, 14:15 UTC494 views21 reactionsread 27 August 2026 ✅ Bu gün telefon vasitəsi ilə “Naxçıvan Radiosu”na kiçik müsahibə verdim. Həmkarlarımı Milli Mətbuat Günü münasibəti ilə təbrik etdim. Zəngi gözləyəndə bir də görürəm ki, “Naxçıvan Radiosu”nun efirində “ürəyimdə Ayaz var” mahnısı səslənir. Bu nə gözəl jest idi. ❤️
❤21
15 Jul 2026, 09:02 UTC746 views13 reactionsread 27 August 2026 ✅ Həmkarım mənim haqqımda vikipediya səhifəsi yaradıb. Orada əsasən “Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt” kitabından bəhs edilib. Bu gün həmkarım deyir ki, vikipediya adminləri məqaləni silməyə namizəd göstəriblər. Səbəb kimi “hər kitab müəllifi, jurnalist ensiklopedik deyil” göstərilib.
✅ Açığı, bu vaxta kimi maraqlanmamışdım. Siyahıya baxdım ki, vikipediyada hansı məqalələr yazılıb, hansılar …
🙏9❤4
2 Jul 2026, 10:50 UTC634 views7 reactionsread 27 August 2026 ✅ Bəlkə stenoqrafçı tanışınız olar? Stenoqrafik işarələri anlayan adama 1-2 sualım vardı. Ola bilsin ki, iş yerinizdə bu sahə ilə məşğul adam var. Varsa, desəniz, əla olardı.
P.S. Azərbaycan dilində yazan adam yox, sırf stenoqrafik işarələrlə yazan adamı nəzərdə tuturam.
👍7
1 Jul 2026, 11:14 UTC625 views20 reactionsread 27 August 2026 🇦🇿 Bakı Şəhəri Günü üçün ən uyğun tarix təbii ki, 15 sentyabr olardı. Qafqaz İslam Ordusunun Bakını azad etməsi tariximizin ən şanlı səhifələrindəndir. Bakısız Azərbaycanın müstəqilliyinə elə 1918-ci ildəcə son qoyula bilərdi.
🇦🇿 Amma 15 sentyabrda həmçinin dərslərin başlaması həmin tarixi qeyd etdiyim tədbirlər üçün qeyri-münasib edə bilər. Bu üzdən ikinci variant kimi 17 sentyabr da var. 1918-ci ilin sentyabrın 17…
❤19👍1
30 Jun 2026, 11:26 UTC579 views11 reactionsread 27 August 2026 ✅ Azərbaycanda həqiqətən də çox dəyərli alimlər və tədqiqatçılar var. Bu günlərdə Bakı Slavyan Universitetinin “Azərbaycan Tarixi və İctimai Elmlər” kafedrasının baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Taleh Hacıyevin məqaləsini oxudum. Məqalə “Sovet Azərbaycanında dinə qarşı aparılan siyasətin xüsusiyyətləri (1920-1940)” adlanır. Təsəvvür edin ki, müəllif təkcə bir məqaləyə 160 mənbə göstərib. Məqaləni böyük zövq…
👍8❤3
27 Jun 2026, 08:11 UTC≈1,420 views14 reactionsread 27 August 2026 ✅ Sən demə, Polşada yəhudilər hələ 1938-ci ilin martında, alman işğalından öncə vətəndaşlıqdan məhrum olunub.
✅ Qulaq gündə bir söz eşitməzsə, kar olar. Mən elə bilirdim bu proses Polşada alman işğalından sonra başlayıb. Deyilmiş.
🔥7🤔7
11 Jun 2026, 14:19 UTC≈1,660 views26 reactionsread 27 August 2026 🇳🇴 Deyəsən, Norveç yığması ABŞ yeməyinə etibar etmir.
🇳🇴 Norveçlilər futbol üzrə dünya çempionatına öz yeməyini özləri gətiriblər. Skandinavlar Amerikaya 300 kilo balıq, 116 kilo pendir və 6 min ədəd portağal gətiriblər.
😁13👍7❤4👀1🔥1
7 Jun 2026, 11:51 UTC≈1,950 views20 reactionsread 27 August 2026 ✅ Ermənistan parlamentinə ilk seçkilər 1919-cu ildə keçirilib.
✅ Seçkilərdə “Daşnaksütyun” 90 faiz səs toplamışdı. Maraqlıdır ki, həmin vaxt Ermənistan parlamentinə azərbaycanlılar da seçilmişdi. İndiki prizmadan baxanda bu, qəribə görünsə də, o zaman üçün kifayət qədər normal hadisə idi. Axı hazırkı Ermənistan ərazisində yüz minlərlə azərbaycanlı yaşayırdı. Ermənistan parlamentinə 80 deputat seçilmişdi. Onlardan 2-…
👏12❤4👍2👀1🔥1
4 Jun 2026, 08:38 UTC925 views17 reactionsread 27 August 2026 ✅ 1918-ci ilin bu günü Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı imperiyası arasında Batum müqaviləsi imzalanmışdı. Beləcə, Osmanlı AXC-i rəsmi olaraq tanımışdı.
✅ Həmin gün Osmanlı Gürcüstan və Ermənistanla da müqavilələr imzalamışdı. Ermənistanla imzalanmış sazişdə bir məqam diqqətimi çəkdi. Orada deyilir ki, Ermənistanda bütün müsəlmanların din və adətlərinə hörmət edilməlidir. Osmanlı padşahının adı Ermənistan mə…
❤17
3 Jun 2026, 11:18 UTC709 views31 reactionsread 27 August 2026 ✅ Milyonçu Şəmsi Əsədullayevin nəvəsi Züleyxa Əsədullayeva yazır ki, “Anamın 18 qulluqçusu və bir ləzgi aşpazı var idi. Bütün bunlara baxmayaraq, anam heç vaxt bizə icazə verməzdi ki, qulluqçulara əmr edək. Bizə öyrətmişdi ki, həmişə nəzakətli olaq və bütün xahişlərimizi "zəhmət olmasa" ifadəsi ilə başlayaq”.
❤23👏8
2 Jun 2026, 13:18 UTC605 views28 reactionsread 27 August 2026 ✅ Maraqlıdır ki, adam çox oxuduğu, filmlər izlədiyi, podkast dinlədiyi məsələlər haqqında nə qədər çox yeni məlumat əldə edirsə, bir o qədər həmin mövzuya az bələd olduğunu anlayır.
✅ Bu günlərdə 1919–1921-ci illərdə baş vermiş Rusiya–Polşa müharibəsi haqqında mühazirə dinlədim. Həmin müharibə Polşanın qələbəsi ilə bitmişdi. Özü də maraqlıdır ki, bolşeviklər Varşavaya qədər gəlib çatmış və qələbənin bir addımlığında…
😁20👍5❤3
Showing the 12 most recent of 16 posts we hold for @sakit_redaktor. View and reaction counts are the latest single reading for each post, not a live figure, and a recent post is still accumulating both. A view count marked ≈ was rounded by Telegram before we ever saw it — t.me prints views in full below 1,000 and to three significant figures above, so ≈1,200,000 means somewhere between 1,150,000 and 1,249,999. Unmarked counts are exact. Text is reproduced from the public post preview and truncated for length.