7 Aug 2026, 07:13 UTC29 views10 reactionsread 8 August 2026 Photo
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında saxlanılan şəxslərin iştirakı ilə “Ombudsmanın Milli Preventiv Mexanizm mandatı işgəncələrin qarşısının alınmasında mühüm vasitə kimi” mövzusunda hüquqi-maarifləndirici tədbir keçirilib.…
👍7❤3
5 Aug 2026, 12:03 UTC42 views14 reactionsread 8 August 2026 Photo
Ombudsman tərəfindən BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizmi qismində ilk dəfə olaraq rəsmi sayt üzərindən həyata keçirilən onlayn ictimai sorğu yekunlaşıb.
🔗 https://www.ombudsman.az/az/news/2545
👍9❤5
5 Aug 2026, 05:34 UTC42 views15 reactionsread 8 August 2026 Photo
Mina təhlükəsi insanların yaşamaq, təhlükəsiz yaşamaq və doğma yurdlarına qayıtmaq hüququna ciddi təhdid olaraq qalır.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva son mina hadisəsi ilə bağlı bəyanat yayaraq beynəlxalq ictimaiyyəti Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətinə dəstəyi artırmağa çağırıb.
Ətraflı: https://az.trend.az/azerbaijan/politics/4212646.html
👍12❤3
4 Aug 2026, 08:51 UTC55 views17 reactionsread 8 August 2026 Photo
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyun 2026-cı il tarixli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşlarına medal və vəsiqələrin təqdim olunması mərasimi keçirilib.
🔗 https://www.ombudsman.az/az/news/2544
👍12❤5
3 Aug 2026, 13:53 UTC53 views15 reactionsread 8 August 2026 Photo
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cənub Regional Mərkəzi, Respublika Ağsaqqallar Şurasının Cəlilabad Rayon Təşkilatı, Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Alar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Alar Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Cəlilabad rayonunun Alar kəndində maarifləndirici tədbir keçirilib.
🔗 http…
👍12❤3
2 Aug 2026, 15:13 UTC49 views14 reactionsread 8 August 2026 Photo
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xocavənd rayonunda humanitar minatəmizləmə əməliyyatları zamanı özəl şirkətlərdən birinin əməkdaşının piyada əleyhinə minaya düşərək xəsarət alması ilə bağlı ciddi narahatlığını ifadə edir.
👍11❤3
2 Aug 2026, 08:15 UTC53 views16 reactionsread 8 August 2026 Photo
Photo, posted without a caption
👍10❤6
1 Aug 2026, 12:09 UTC58 views16 reactionsread 8 August 2026 Photo
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi arasında təsdiq edilmiş birgə Tədbirlər Planına uyğun olaraq, Ombudsman Aparatının əməkdaşları tərəfindən işğaldan azad olunmuş Kəlbəcər rayonunda yerləşən Müdafiə Nazirliyinin hərbi hissələrindən birində hüquqi maarifləndirmə məqsədilə monitorinq həyata keçirilib.
👍10❤6
1 Aug 2026, 07:51 UTC59 views14 reactionsread 8 August 2026 Photo
Dil hər bir xalqın milli kimliyini, tarixi yaddaşını və mənəvi dəyərlərini yaşadan ən böyük sərvətdir. Ana dilində danışmaq, öyrənmək və onu gələcək nəsillərə ötürmək isə insanın fundamental mədəni hüquqlarından biridir.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü doğma dilimizə, milli-mənəvi irsimizə və dövlətçilik dəyərlərimizə ehtiramın ifadəsi kimi qeyd …
👍10❤4
31 Jul 2026, 12:34 UTC64 views13 reactionsread 8 August 2026 Photo
Photo, posted without a caption
👍9❤4
29 Jul 2026, 08:32 UTC76 views18 reactionsread 8 August 2026 Photo
Ombudsman Aparatının əməkdaşları Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunda təcrübə mübadiləsində iştirak ediblər.
🔗 https://www.ombudsman.az/az/news/2540
👍12❤6
28 Jul 2026, 17:15 UTC79 views17 reactionsread 8 August 2026 Photo
Məlum olduğu kimi, Azərbaycan Respublikası hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində cari ilin 18 və 19 iyul tarixlərində Suriya Ərəb Respublikasından 7-si qadın və 9-u uşaq olmaqla, ümumilikdə 16 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.
🔗 https://www.ombudsman.az/az/news/2539
👍12❤5
Showing the 12 most recent of 20 posts we hold for @ombudsmanazerbaijan. View and reaction counts are the latest single reading for each post, not a live figure, and a recent post is still accumulating both. A view count marked ≈ was rounded by Telegram before we ever saw it — t.me prints views in full below 1,000 and to three significant figures above, so ≈1,200,000 means somewhere between 1,150,000 and 1,249,999. Unmarked counts are exact. Text is reproduced from the public post preview and truncated for length.