4 Aug 2026, 21:19 UTC89 views7 reactionsread 8 August 2026 Photo
Yetkinlik birdən-birə gəlmir, əksər şeylərə reaksiya verməyə dəyməz olduğunu anlamağa başlayanda səssizcə içinizə hopur. Vəziyyətlər həmişəki kimi yanınızdan keçir, amma siz əvvəlki kimi deyilsiniz. Artıq əvvəlki kimi mübahisə etmirsiniz, çox şey izah etmirsiniz və heç kimə heç nə sübut etməyə çalışmırsınız. Sadəcə gülümsəyirsiniz, susursunuz və ya sakitcə geri çəkilirsiniz. O zaman sülhün qələbədən daha qiymətli və …
⚡7
29 Jul 2026, 18:35 UTC230 views12 reactionsread 8 August 2026 Photo
Toza batmış abayan, onların bütün gözoxşayan makiyajlarından daha şərəflidir.Dünya diqqət çəkən şeyləri qeyd edir və tərifləyir.Allah isə Öz rızası üçün ixlasla edilən əməlləri sevir.Təvazökarlığı və həyanı seç, hətta heç kimin diqqətini çəkməsə belə..
• T.me/QelbdenRebbime •
⚡12
28 Jul 2026, 09:10 UTC194 views4 reactionsread 8 August 2026 Photo
Həqiqətən, insan xüsran ( ziyan ) içərisindədir.103:2
Təsəvvür edək ki, bir tacir malının əsas sərmayəsini itirərsə, ziyana uğrayar. İnsanın ömrü də onun sərmayəsidir, kim onu iman və saleh əməldən başqa bir şeyə sərf edərsə, ziyana uğrayar. Əsl ziyan və əsl bədbəxtlik məhz axirətini itirən kəsdir.
⚡4
25 Jul 2026, 09:02 UTC237 views4 reactionsread 8 August 2026 Photo
Səndən dağlar haqqında soruşurlar, De: "Rəbbim onları param-parça edib sovuracaqdır"
Taha 105
Təsəvvür et!
Allah dağları param-parça edir, bir anın içində, onların sərtliyinə, gücünə və yer üzündəki möhkəmliyinə rəğmən! Məgər o, sənin kiçik qəm-qüssəni, ağrını və acını param-parça edib yox etməyə qadir deyilmi?! Kim bu ayəni üzərində düşünərək dərk etdisə, ruhunun ağrı pəncərələrini bağladı və bununla da nemətin dad…
⚡4
21 Jul 2026, 14:24 UTC239 views4 reactionsread 8 August 2026 Photo
Elm öyrəndikcə insanın gözü məqamda və tərifdə deyilsə, təəkəbbürlük etmirsə deməli, aldığı elm ona fayda verir. Nəfsə şirin gələn və eləcə də təhlükəli olan tələ isə başçılığa və şöhrətə olan həvəsidir. Faydalı elm insanı özünü göstərməyə yox, gizli ibadətə, gözəl əxlaqa və sadəliyə yönəldər.
• T.me/QelbdenRebbime •
⚡4
17 Jul 2026, 16:22 UTC259 views5 reactionsread 8 August 2026 Photo
Həyatdakı cəhdlər, əgər onlarda Allah üçün, savabını Allahdan gözləyərək səbir etmək ruhu olmazsa, ağır və solğun görünür. Çünki savabını Allahdan gözləyərək səbir etmək yaşamağa məna qatar. Əgər insan büdrəyərsə və ya çalışıb çatmadığı bir məqam olarsa, qəlbi belə səslənər:
Ey Rəbbim, Sən mənə kifayətsən! Şübhəsiz ki, cəhdim Sənin üçündür, əməlim Sənin üçündür, səbrim Sənin üçündür və Sənin yolunda çəkilən əziyyətlə…
⚡5
13 Jul 2026, 23:32 UTC290 views5 reactionsread 8 August 2026 Photo
Gəncliyin gözəlliklərindən ibadətlərdə qüvvətli olmaq da var. Amma, gəncliyin fəsadlarından qorunmaq üçün saleh, müdrik, səbirli, daim nəsihət edən və təcrübəli dostlara ehtiyac böyükdür. Allah kimə belə bir dost nəsib edibsə, ona böyük nemət verilmişdir. Kimin nəsihət edəni yoxdursa, öz halından da razıdırsa, qoy Allaha sığınsın, çünki insan öz səhvlərini bəzən görə bilmir!
• T.me/QelbdenRebbime •
⚡5
11 Jul 2026, 12:28 UTC311 views6 reactionsread 8 August 2026 Photo
Biz onların dediklərindən qəlbinin sıxıldığını bilirik.
Hicr 97
• T.me/QelbdenRebbime •
⚡6
9 Jul 2026, 08:52 UTC281 views7 reactionsread 8 August 2026 Photo
Sən sağ olduğun müddətcə, öz nəfsin üçün fitnədən arxayın olma. Heç kəsi günahına görə qınama və başqasının etdiyi bir günaha təəccüblənmə. Öz itaətini də çox görmə, çünki ömrünün nə ilə sona çatacağını bilmirsən..
• T.me/QelbdenRebbime •
⚡7
7 Jul 2026, 15:32 UTC274 views5 reactionsread 8 August 2026 Photo
Ya xeyir danış, yada sus!!!
Daha dəqiq desək, dilimiz ya xeyir söyləməli, ya da susmalı olduğu halda tamamilə fərqli məqsədlərin vasitəçisinə çevrilmişdir. Düşünərkən görürük ki, su kimi axıb gedən, günbəgün bitib-tükənən ömrümüzdə bəzən əziyyət bahasına topladığımız savabları asanlıqla necə də itirməkdəyik. Məgər biz ölümü düşünmürükmü? Hər birimiz yaxşı bilməliyik ki, ya xeyir söyləyib, ya da susarıqsa, onda Cənnə…
⚡5
6 Jul 2026, 09:04 UTC245 views5 reactionsread 8 August 2026 Photo
Qüsurlu olanlar, öz qüsurlarına bəhanə tapmaq üçün insanların ayıblarını yaymağı sevirlər..
• T.me/QelbdenRebbime •
⚡5
5 Jul 2026, 16:07 UTC254 views9 reactionsread 8 August 2026 Photo
– Allahla nəfəs almaq nə deməkdir?
– Bu, işləri nə qədər mürəkkəb olsa da, Onun əllərinə buraxmaq və Onun səni əsla zay etməyəcəyinə, yolda qoymayacağına güvənmək deməkdir..
• T.me/QelbdenRebbime •
⚡9
Showing the 12 most recent of 20 posts we hold for @QelbdenRebbime. View and reaction counts are the latest single reading for each post, not a live figure, and a recent post is still accumulating both. A view count marked ≈ was rounded by Telegram before we ever saw it — t.me prints views in full below 1,000 and to three significant figures above, so ≈1,200,000 means somewhere between 1,150,000 and 1,249,999. Unmarked counts are exact. Text is reproduced from the public post preview and truncated for length.