12 Aug 2026, 05:31 UTC35 views5 reactionsread 12 August 2026 Photo
Əl - mədəd, kani - səxavət ya Əli səndən mədəd.
Ey şəfi - ruzi - qiyamət ya Əli səndən mədəd.
Yoxdu mislin, söyləsəm şirk etmərəm bu zikrdə,
Ey olan ismi ibadət ya Əli səndən mədəd.
Şadlığından çat verdi sineyi - beytül - hərəm,
Sən edən dəmdə viladət, ya Əli, səndən mədəd.
Məkkəyə haci gedib pərvanə tək dövr eyləyər,
Başuvə, Şahi - vilayət ya Əli səndən mədəd.
Qə'leyi - Xeybər nədir, fəth eylədin aləmləri,
Fateh…
❤5
11 Aug 2026, 08:12 UTC72 views7 reactionsread 12 August 2026 Video
Vüqar Biləcəri-Ya Əli, Mövla Əli.
Ey ədalət sahibi, ey səxavət sahibi, Babi-şəhri-elm olan sonsuz hikmət sahibi,
Natiqi-Quransan, ey bəlağət sahibi.
La fəta illa Əli, ya Əli, Mövla Əli!
Ey yədullah, mərhəba, sən vəliyyi-həqqsən,
Ey Əliyyəl Mürtəza, sən vəliyyi-həqqsən,
Sən vəsiyyi-Müstəfa, sən vəliyyi-həqqsən.
La fəta illa Əli, ya Əli, Mövla Əli!
Zərbeyi-dəsti-qəvi şirim, aslanım mənim,
Şahi-mərdanım mənim, Şiri-Y…
❤7
10 Aug 2026, 06:44 UTC99 views8 reactionsread 12 August 2026 Video
Seçdiklərimiz fəndlə seçilmiş özümüzdən,
Ondandı ki, nadanları qaçmış gözümüzdən.
Zahirlərimiz bəllidi parlaq boyamızdan,
Batinlərimiz yubkadakı razrezimizdən.
Hər atdığımız addım əgər bir yalan isə,
Bir gün qara torpaq bezəcəkdir izimizdən.
Ey körpələriynən gəzib iş axtaran, afət,
Bizlərdə hər iş asılıdı çılpaq dizimizdən.
Bu milli hərislik ilə göz onda doyar ki,
Hazırlana tabut bizə mənsəb mizimizdən.
Çoxüzlü …
👍5❤3
9 Aug 2026, 06:49 UTC118 views6 reactionsread 12 August 2026 Video
İlkin Mamedov - Rəhbər Xamenei
https://t.me/meclisiuns
❤6
8 Aug 2026, 08:41 UTC143 views8 reactionsread 12 August 2026 Photo
Əfv et bizi ana vətən
Sənə Albert olammadıq
Dözüb ayrı-seçkiliyə
Biz qoynunda qalammadıq
Saldın bizi yad ellərə
Cuhudlara qaldın, vətən...
Xainlərə verdin nə var
Bizdən nə var aldın, vətən...
Mirağa Dadaş
https://t.me/meclisiuns
😢7❤1
7 Aug 2026, 07:18 UTC142 views7 reactionsread 12 August 2026 Photo
Necə həmtay tutum hər büti-zibayə səni?
Vermərəm, Tanrı bilir cümlə bu dünyayə səni.
Qorxuram ki, nəzər əhli deyə naqisdi bu söz,
Oxşadam hüsnüdə hərçənd təmam ayə səni.
Arizin gün əvəzi, aləmi nurani edər,
Gər mələklər çəkələr ərzi-müəllayə səni.
İstəməz abi-bəqa Xızrı-Məsiha xurşid
Göstərə bir kəs əgər Xızri-Məsihayə səni.
Şaxi gül qoyma sala sayə səni bağ içrə,
Bu nəzakətlə, gülüm incidər ol sayə səni.
Ey pər…
❤7
6 Aug 2026, 06:10 UTC140 views9 reactionsread 12 August 2026 Photo
Gəl ey gözümün nuru bu gözlər səni gözlər
Yollarda qoyub getdigin izlər səni gözlər
Sən getmisən əfsus qalan bircə qəmindir
Sənsiz qəmini qəlbim əzizlər səni gözlər
Öz sirrini bir kimsəyə sənsiz deyə bilməz
Qəlbim bu təmiz sevgini gizlər səni gözlər
Gözlər yolunu həsrət ilə aşiq olanlar
Tək mən degiləm mən təki yüzlər səni gözlər
Səndən utanıb gizlənəcək əyri gəzənlər
Əmma nə qədər var isə düzlər səni gözlər
Gəl…
❤8👏1
5 Aug 2026, 15:51 UTC148 views9 reactionsread 12 August 2026 Photo
Səbr eylə könül, möhnəti hicranə tələsmə,
Dərd əhli yetər səbrlə dərmanə, tələsmə.
Kam almayacaq ayrılığa bais olanlar,
Aşiq yetəcək sevgili cananə tələsmə.
Pərvanə əgər yansa da şəm'in sitəmindən,
Şəm'in də yaxar ömrünü pərvanə tələsmə.
Gül zövqünü çəkmək əbədi xarə də qalmaz,
Bülbül gələr əlbəttə gülüstanə tələsmə.
Gündən-günə artır bu gözəl huriliqalar
Dünya dönəcək cənnəti rizvanə tələsmə.
Vahid dadacaqsan d…
❤6👍1👏1🥰1
4 Aug 2026, 05:05 UTC154 views8 reactionsread 12 August 2026 Video
Seydiyar Bəşiri - Növhə (Hz. Hüseynin dilindən Xitab)
https://t.me/meclisiuns
😢6❤1👍1
3 Aug 2026, 07:13 UTC186 views12 reactionsread 12 August 2026 Video
Rəqs edir Bakının ortasında gey
Ətrafda duranlar tamaşa edir
Biri ağzın açıb deməyir bir şey
Biri kənarından sakitcə gedir
Bir zaman Bakıda qoçu kişilər
Gəzirdi şəhərdə vüqarla, mərdcə
İndi al-qırmızılı nakişilər
Burcudur, süzülür, gəzir namərdcə
Ehh! Gözəl şəhərim, nə günə qaldın
Gör kimlər gəzişir üstündə sənin
Mərdi qovaladın, didərgin saldın
Qalmadı bir nəfər dâdə yetənin
Mirağa Dadaş
https://t.me/meclisiuns
😢7🔥3❤2
2 Aug 2026, 05:41 UTC176 views5 reactionsread 12 August 2026 Photo
Saldı eşqin məni bu çöllərə divanə kimi,
Həsrətin yaxdı məni odlara pərvanə kimi.
Bəs deyilmi bu qədər qəlbimi üzdün mələyim,
Yox deməkdən nə usandın nə də bezdin mələyim.
Ürkək-ürkək məni bir yol elə süzdün mələyim,
Ürəyim titrədi sinəmdə zərif nanə kimi.
Baxışın qarşısında çətin ki, bir kəs dayana,
O, qara gözlərinə baxan gərək odda yana.
Səni ilk dəfə gözüm gördüyü andan bu yana,
Çəkilib ərşə yuxum sübhü o başda…
❤5
1 Aug 2026, 08:28 UTC186 views8 reactionsread 12 August 2026 Photo
Kərbəlanın yolların izzətli möminlər keçər
Hər şeyindən din üçün qeyrətli möminlər keçər
Pərdə-pərdə dürci-iffət kimliyin eylər nihan
Hər kəsə öz sirrin ifşa eyləməz dürci-dəhan
Həzrəti Zəhradan almış təlimi-iffət, cahan
Çünki iffət dərsini iffətli möminlər keçər.
Əhli-təqva zikr edər, zikr etdiyiyçün şükr edər
İntizarından yanar dil, dilsə ismin zikr edər
Həsrətin hər kim çəkər Sahib-Zəmanın fikr edər
Həzrətin fik…
❤8
Showing the 12 most recent of 25 posts we hold for @meclisiuns. View and reaction counts are the latest single reading for each post, not a live figure, and a recent post is still accumulating both. A view count marked ≈ was rounded by Telegram before we ever saw it — t.me prints views in full below 1,000 and to three significant figures above, so ≈1,200,000 means somewhere between 1,150,000 and 1,249,999. Unmarked counts are exact. Text is reproduced from the public post preview and truncated for length.