3 Aug 2026, 04:38 UTC114 views7 reactionsread 7 August 2026 John Bergerin "Ways of seeing" (Görməyin yolları?) kitab olaraq illər-illər əvvəl oxumuşdum. Dünən təsadüfən qarşıma eyniadlı sənədli filmi çıxdı. 1972-ci ildə çəkilib. Berger bir marksist olaraq yağlı boya rəngkarlığının daxili fəzilətlərindən daha çox təmsil etdiyi şeylə maraqlanır. Dörd seriyadan ibarətdir, hərəsi 30 dəqiqə. Hər seriyada bir arqument atır ortaya. Birinci seriyada Valter Benyamində gördüyümüz repro…
❤5👍2
30 Jul 2026, 17:43 UTC187 views6 reactionsread 7 August 2026 John Yorke-un "Into the woods" kitabını oxuyuram. Bu kitab dramaturgiya barədə ötən dekadada bestseller olan kitablardan biridir və kifayət qədər rəğbət görüb. John Yorke BBC-də, Channel 4-də dramaturgiyadan məsul şəxs kimi işləyib. Kitabın əsas konsepsiyası indi ənənəvi qəbul edilən 3 aktlı quruluşu genişləndirib 5 aktlıya çevirməkdən ibarətdir. Hələlik cəmi 70 səhifə oxusam da, ən xoşuma gələn məqam müəllif Romalı …
👍5❤1
29 Jul 2026, 07:19 UTC207 views10 reactionsread 7 August 2026 Photo
Bu kitabı oxuyanda xeyli zövq aldım. Belə başa düşdüm ki, John Banville-in özünəxas nəsri var və tərcümədə də onu qorumağa çalışıblar. Xüsusilə qəhrəmanın Pierre Bonnard haqqında əsər yazmağa çalışan sənətşünas olması və əsərin özünün də Bonnardın yaradıcılıq stilistikası ilə səsləşməsi maraqlı tapıntı idi. Oxumamısınızsa, tövsiyə edirəm. 2005-ci ildə Buker alıb. 🤝
👍6❤3🔥1
27 Jul 2026, 19:03 UTC235 views9 reactionsread 7 August 2026 Elə filmlər var ki, bitəndən sonra səni düşünməyə, çözələməyə vadar edir. Bir-bir bütün detalları yadına düşür, özündə götür-qoy edirsən. Film barədə ilk təəssüratın yüksək olmasa da, zamanla film sənin gözündə yüksək dəyərə minir. Çox nadir hallarda isə tam əksi olur. Film sənə yaxşı imiş təəssüratı bağışlayır, amma düşündükcə həmin təəssürat zəifləyir, sönükləşir, maraqsızlaşır. Film özü haqqında düşündürəcək nəsə …
❤6🔥3
25 Jul 2026, 20:20 UTC≈1,200 views15 reactionsread 7 August 2026 "Odissey" və Nolan bizə nə demək istəyir?
Bu gün Nolanın yeni filmini, bəşəriyyətin ən qədim dastanlarından birini yeni yozumda izlədim. Mən hər nə qədər Nolanı rejissor olaraq çox bəyənməsəm də, onun filmlərində "Qara cəngavər"dən bəri hiss olunan vacib bir xüsusiyyət var: Nolan filmini izləyəndə masştablı, böyük bir ekran işi izlədiyini hiss edirsən. Nolan bir növ kinematoqrafiyanın dastanlarını yaratmağa çalışır.…
👍9❤6
25 Jul 2026, 20:20 UTC≈1,220 views17 reactionsread 7 August 2026 Birinci hissə yuxarıda 🔼🔼🔼
Matt Damonun Odisseyi isə rejissor yozumundan dolayı birxətlidir, istər-istəməz hiyləgər ruhunu verməyib, amma buna baxmayaraq, nüanslarda obrazın çoxqatlılığını aça bilərdi, məncə isə, bunda uğurlu olmayıb.
Nolan öz sevimli mövzusu "zaman"ı bu dəfə hekayənin mərkəzinə qoymayıb. Adətən onu əsas düşündürən məqam zaman, zamanın müxtəlif qatları, nisbiliyi, obyektiv və subyektivliyidir. Bura…
❤11👍6
23 Jul 2026, 11:43 UTC248 views5 reactionsread 7 August 2026 Venesiya Film Festivalının proqramı açıqlandı. Əsas yarışmada maraqlı adlar var. Werner Herzog Mara bacılarını baş rola çəkdiyi "Bucking Fastards" ilə bizi gözləyir. Koreeda daha əvvəl animesi çəkilmiş "Look back"in live-action versiyası ilə müsabiqədədir. "Burning" filmi ilə qəlbimi fəth edən Lee Chang-Dongun "Possible Love"u, Martin McDonaghın yeni qara komediyası da siyahıda var. Nanni Moretti, Danny Boyle, Ali As…
❤3👍2
19 Jul 2026, 22:16 UTC363 views7 reactionsread 7 August 2026 Photo
İspaniya ən çətin yolla finala gəlmişdi. Bütün oyunları dominant oynadılar, epizod vermədilər. Bütün çempionatı cəmi bir qol buraxaraq tamamladılar. Finalda da Argentinaya son dəqiqələrə qədər epizod belə vermədən oynadı. Layiqli çempionluqdur. Təbriklər, İspaniya.
❤6🤬1
19 Jul 2026, 16:49 UTC348 views2 reactionsread 7 August 2026 Sophy Ramvarinin çəkdiyi "Blue Heron" (Mavi vağ?) filmi 2025-ci ilin diqqətəlayiq əsərlərindən imiş. Mənə bu gün izləmək qismət oldu. Film təzə evə köçən ailənin qızı Saşanın gözündən gördüklərimizlə başlayır. Macarıstandan köçən bu immiqrant ailənin dörd uşağı var, Saşa ən balacası, Ceremi isə ən böyüyüdür. Cereminin davranışları ailənin səadəti üçün təhdid yaradır. Ona nəzarət etmək mümkünsüzdür, növbəti addımların…
❤1👍1
18 Jul 2026, 21:36 UTC306 views9 reactionsread 7 August 2026 Video
Bayaq niyəsə beynimə "Alma almaya bənzər"ə baxmaq düşdü. Daha əvvəl izləsəm də, unutmuşdum. Ona görə təkrar izləmək yaxşı oldu. Bəsit film deyil, maraqlı məqamlar çoxdur. Bu səhnəni görəndə isə ağlıma avtomatik BZA-dakı bu səhnə gəldi. Arif Babayev hələ Nuri Bilge Ceylandan 36 il əvvəl edib, qoy gedib kef eləsin. :))
👍6😁2🐳1
9 Jul 2026, 11:39 UTC352 views9 reactionsread 7 August 2026 Forwarded from @cavidramazanov
Funksionalist məktəbin ədəbiyyat platforması fəaliyyətə başlayıb. Dostumuz Əli Novruzov və yoldaşları yaradıblar. Mübarəkdir!
https://radiodeyil.com/
❤6🔥3
28 Jun 2026, 18:29 UTC459 views2 reactionsread 7 August 2026 Photo
Kannda bu il "Müəyyən baxış"da nümayiş olunan və əsas mükafatı qazanan "Everytime"a festivalda baxmaq imkanı olmamışdı. Amma indi fürsət tapıb baxa bildim. Əsas yarışmada izlədiklərimdən daha cürətkar, yenilikçi və heyrətləndirici olduğu aşkardır. Film adamı məcbur edir ki, onun haqqında düşünəsən, vaxt ayırasan. İlin mütləq izləniləsi işlərindən.
👍2
Showing the 12 most recent of 20 posts we hold for @haciseferov. View and reaction counts are the latest single reading for each post, not a live figure, and a recent post is still accumulating both. A view count marked ≈ was rounded by Telegram before we ever saw it — t.me prints views in full below 1,000 and to three significant figures above, so ≈1,200,000 means somewhere between 1,150,000 and 1,249,999. Unmarked counts are exact. Text is reproduced from the public post preview and truncated for length.