30 Jul 2026, 13:31 UTC≈4,480 views8 reactionsread 6 August 2026 Photo
Futbol azarkeşləri adətən ilk olaraq futbola, daha sonra isə öz klubunu tapıb ona vurulurlar.
Mən və mənim kimilər isə əvvəlcə “Neftçi”yə, sonra isə futbola vurulmuşuq.
Bu formanı geyinən futbolçular bilməlidirlər ki, onların sinəsində təkcə klubun emblemi yox, minlərlə insanın uşaqlıq xatirələri var. Məğlubiyyətlərə baxmayaraq tribunaları tərk etməyən insanların inadı var.
Məhz buna görə belə oyunların mənası həmi…
❤5🔥3
29 Jul 2026, 20:47 UTC229 views18 reactionsread 6 August 2026 Photo
Qarşıda çoxdan gözlədiyi bir gün yaxınlaşanda, yaxud hansısa bayramı gözləyəndə və ya həyatını dəyişəcəyinə inandığı bir hadisə yaxınlaşanda insan yaşamağı sabaha saxlayır. Elə bilir ki, əsl həyat hələ başlamayıb və bu gün sadəcə onu həmin ana bir gün də yaxınlaşdırdı.
Beləcə çərşənbə keçir, cümə axşamı keçir, cümə də onun ardınca səssizcə uzaqlaşır. Günlər təqvimdən silinir, amma insan onların içində olmur. O, hələ…
❤10👍4🔥2💯1🤝1
20 Jul 2026, 17:55 UTC364 views19 reactionsread 6 August 2026 Photo
Dəqiqə həyatın bizə verdiyi ən qiymətli hədiyyələrdən biridir. Çünki insan cəmi bir neçə dəqiqənin içində bütöv bir ömrü anlaya bilir. Elə də olur ki, illərlə dəyişməyən bir adam bir dəqiqənin içində tamam başqa insana çevrilir. Kimisi ucalır, kimisi isə içində gizlətdiyi həqiqi simanı göstərir. Məncə, insanı ən çox elə dəqiqələr ifşa edir.
Biz saatlarla, günlərlə, illərlə yaşayırıq. Amma taleyimizi onlar yox, dəqiq…
❤14👍4👏1
16 Jul 2026, 17:38 UTC462 views26 reactionsread 6 August 2026 Photo
Tanıdığım və tanımadığım əksər blogerləri, yaxud mənim kimi “arada nəsə yazanları” IV Şuşa Qlobal Media Forumunu, bizim blogosfera səviyyəsində iki hissəyə böldü.
Birincilər yüksək dairələrin onları sayıb seçməsindən qürur duydu. İkincilər isə həmin o sayılıb seçilməyənlər sırasında olduqları üçün məyusluqlarını, bir az da birincilərdən utana utana müxtəlif formalarda ifadə etməyə başladılar.
Mən isə birinciləri səmi…
❤18🔥6👍2
9 Jul 2026, 13:39 UTC461 views25 reactionsread 6 August 2026 Photo
Məsələ təkcə bu parodiyanın qəsdən və ya bilməyərəkdən edilməsində deyil. Əsl aktyorluğun nə olduğunu anlamaq üçün təkcə bir nümunəni xatırlamaq kifayətdir: Dastin Hofman “Yağış adamı” filmində autizmli insanı təqlid etmədi. O, onu sevgi, dəqiqlik və dərin hörmətlə anlamağa çalışdı, onu yaşadı.
ƏSL AKTYORLUQ BUDUR.
Təəssüf ki, hələ də elələri var ki, autizm kimi həssas mövzunun istehza predmeti olmadığını anlamırla…
❤22🔥2🍓1
23 Jun 2026, 22:14 UTC471 views12 reactionsread 6 August 2026 Photo
Hər kəsin öz yolu var.
Çox vaxt yolla gedirik, amma onun hara apardığını bilmirik. Qarşımıza çıxan enişləri, yoxuşları, daşları, çuxurları adiləşdirib keçirik. Elə bilirik ki, əsas məsələ doğru yolu tapmaqdır.
Amma məsələ doğru yolu tapmaqda deyil. Məsələ getdiyin yolu sevməkdədir.
Hər kəs öz yolu ilə gedir. Amma sonda bütün yollar nə Romaya, nə də başqa bir yerə çıxır. Bir gün hər yolun sonu gəlir. Bəlkə də buna …
❤11👌1
21 Jun 2026, 22:49 UTC423 views15 reactionsread 6 August 2026 Photo
Xəstə olduğum günlərdə ən adi gecələr belə çox vaxt narahat fikirlərlə keçirdi. Elə bil içimdə dibi görünməyən böyük bir boşluq var idi. Sanki dünya insan səsi eşidilməyən nəhəng bir zaldı və mən o zalın ortasında tək qalmışdım.
Belə anlarda adam çox düşünür. Hətta özünə elə suallar verir ki, cavabını eşitmək belə istəmir. Halbuki bəzi cavablar çoxdan məlumdur, sadəcə onları qəbul etmək çətindir.
Zaman keçdikcə baş…
❤15
19 Jun 2026, 22:08 UTC426 views11 reactionsread 6 August 2026 Photo
Adətən insan bu günü ilə elə məşğul olur ki, oturub uşaqlığını xatırlamağa nə vaxtı olur, nə də həvəsi. Böyüklərin həyatında ümumiyyətlə boşluq olmur. Hər gün yeni qayğı, yeni fikir, yeni problem. Elə bil həyatın bütün yerləri artıq nə iləsə dolub.
Amma çox nadir hallarda, səhər tezdən yuxudan oyananda və gözünü açıb hər gün gördüyün hansısa mənzərəyə baxanda qəribə bir hiss gəlir. Məsələn, qarşıdakı divara. Birdən …
❤9⚡1👏1
Emin Efendi pinned a photo
18 Jun 2026, 20:20 UTC421 views16 reactionsread 6 August 2026 Photo
Uşaq olanda məktəbə getməmək üçün alnımı qaz plitəsinə yaxınlaşdırıb bir neçə saniyə saxlayar, sonra da qaça-qaça anamın yanına gedib deyərdim ki, qızdırmam var. O da bütün analar kimi həssas idi, inanardı. Düzü, xəstələnməkdən də xoşum gəlirdi. Evdə hamı qayğıma qalır, nazımla oynayırdı…
İndi isə qaz plitəsinə ehtiyac qalmayıb. Son bir ildə o qədər xəstələnmişəm ki…
Yenə evdəyəm. Yenə dərmanlar, çaylar, saysız-hesa…
❤10👍5😭1
14 Jun 2026, 21:08 UTC498 views17 reactionsread 6 August 2026 Photo
Bizim cəmiyyətdə incimək mexanizmi də deyəsən pozulub. Adam sənin səlahiyyətində və ümumiyyətlə səninlə heç bir əlaqəsi olmayan bir şeyə görə məhz səndən inciyir. Sonra da buna bəraət qazandırmaq üçün deyir ki, “uman yerdən küsərlər”.
Uman yer olum, problem yoxdur. Amma küsməyin də bir məntiqi olmalıdır axı. İnsan ən azı qarşısındakı adamdan nə umduğunu, niyə umduğunu və həmin gözləntinin nə dərəcədə əsaslı olduğunu…
❤14👌3
10 Jun 2026, 22:47 UTC530 views20 reactionsread 6 August 2026 Photo
Saat 02:30-du. Səhər tez oyanmalıyam. Adətim üzrə kanalları fırladıb heç nə tapmayıb yatmalıydım… Qabağıma “Küləklə sovrulanlar” çıxmasaydı…
Gözəl əsər və ondan da gözəl film. 1939-cu ildə çəkilən bu şedevr məni oyaq saxladı.
Filmə baxdıqca tez-tez özümə bir sual verirdim. Bu doğrudan da 1939-cu ildə çəkilib?
Çünki ekranda gördüklərim nə aktyor oyununa görə, nə operator işinə görə, nə də ümumi səviyyəsinə görə bu gü…
❤20
Showing the 12 most recent of 20 posts we hold for @efendi19. View and reaction counts are the latest single reading for each post, not a live figure, and a recent post is still accumulating both. A view count marked ≈ was rounded by Telegram before we ever saw it — t.me prints views in full below 1,000 and to three significant figures above, so ≈1,200,000 means somewhere between 1,150,000 and 1,249,999. Unmarked counts are exact. Text is reproduced from the public post preview and truncated for length.